Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur

“Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman  və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir”. 

APA-nın xəbərinə görə, bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru  Ramal Bağırov bildirib.

O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə-Naxçıvan sərhədi açıldı –

Sonrakı məqalə

Bakıda ağır yol qəzası baş verib –