Bakıda ağır yol qəzası baş verib –3 nəfər ölüb

 

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub.

“BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

Fövqəlada Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur

Sonrakı məqalə

Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb