Bakıda avtomobil reklam lövhəsinə çırpılıb-Ölənlər var

Bakıda avtomobilin reklam dirəyinə çırpılması ölümlə nəticələnib.

FHN xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı reklam löhvəsinə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

Sonrakı məqalə

Ərdoğan Liviya Milli Razılıq Hökumətinin Baş Nazirini qəbul edib