Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – Hava limanı və Zığ yolu – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib

Sonrakı məqalə

Bakıda avtomobil reklam lövhəsinə çırpılıb-