Bakıda avtomobil təmiri sexi alovlandı, dörd maşın yandı

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd “Hyundai” markalı minik avtomobilinin yanar hissələri qismən, “ZİL” markalı yük avtomobilinin salon hissəsi və “Renault” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə Qazax, Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub

Sonrakı məqalə

Trampın qatıldığı konfransın iştirakçısında koronavirus tapıldı