Trampın qatıldığı konfransın iştirakçısında koronavirus tapıldı

ABŞ Prezidenti Donald Tramp və ölkənin vitse-prezidenti Mayk Pensin qatıldığı  mühafizəkar siyasi tədbirlər konfransının iştirakçılarının birində yeni növ koronavirus (COVID-19) aşkar edilib.

Bu barədə RİA “Novosti” yazır.

Bildirilir ki, həmin şəxs Tramp və Pens ilə ünsiyyətdə olmayıb, həmçinin əsas zaldakı tədbirlərdə iştirak etməyib.

“Tramp administrasiyası vəziyyətdən xəbərdardır və biz müntəzəm olaraq bütün zəruri dövlət rəsmiləri ilə əlaqələri davam etdirəcəyik”, – deyə konfransın təşkilatçıları tərəfindən yayılan məlumatda bildirilir.

Qeyd edək ki, konfrans Vaşinqtonun yaxınlığında fevralın sonlarında keçirilib. ABŞ lideri  tədbirin yekun günündə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda avtomobil təmiri sexi alovlandı, dörd maşın yandı

Sonrakı məqalə

Tolik at ilə eşşəyin badına getdiyini etiraf etdi: