Bakıda “Baku Oil Service” Mərkəzində yanğın baş verib –

FOTO
03 Mart 2020 - 01:56

Bakı şəhəri, Səbail rayonunda “Baku Oil Services”ə (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

22:40

Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən “Baku Oil Service” Mərkəzində yanğın baş verib.

APA xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.

Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb.