Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

Bakının Sabunçu rayonunda binada partlayış olub.

APA xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb. Partlayış zamanı 2 nəfər ağır xəsarət alaraq xəstaxanaya yerləşdirilib. Hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu – Ağayev Kamil xəsarət alıb.

Onların müalicəsi Sabunçu Tibb Mərkəzində aparılır.

Baş verən partlayışda ölən şəxsin adı məlum olub. Həmin şəxs 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğludur.

 

O yenicə ailə həyatı qurubmuş.

Hadisə vaxtı o birinci mərtəbədə olub, beton pilitələr üzərinə aşıb.

Əvvəlki məqalə

Azərbaycan Avroviziyada finala çıxa bilmədi

Sonrakı məqalə

FHN Bakıda yataqxanada baş verən partlayışla bağlı açıqlama yayıb –