Bakıda bir ailənin üzvləri intihara cəhd edib –

VİDEO
02 Oktyabr 2021 - 18:24

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində intihara cəhdin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, polis əməkdaşlarının operativ müdaxiləsi və ailə ilə aparılan izahedici söhbətlər nəticəsində onları fikirlərindən daşındırmaq mümkün olub.

Ailə üzvlərinin intihara cəhd etmə səbəbi yaşadıqları binanın sökülməsidir.