Bakıda cərrah- ginekoloq koronavirusdan vəfat edib

25 İyul 2020 - 08:28

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu barədə həkim Ramil Həsənli “facebook”da məlumat yayıb.

Onun sözlərinə görə, cərrah mama-ginekoloq Valiyə Peykər koronavirus səbəbindən vəfat edib.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.