İsrail ordusu Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib

İsrail ordusuna məxsus helikopterlər Suriyanın cənubunda yerləşən hərbçilərin müşahidə postlarını və bazalarda yerləşən kəşfiyyat toplama sistemləri də daxil olmaqla, bir neçə obyektlərə zərbə endirib.

TASS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, İsrailin bu hücumu cümə günü Golan yüksəkliklərinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib: “İsrail Müdafiə Qüvvələri qətiyyətli hərəkətə davam edəcək və suverenliyimizin pozulmasına hər an cavab verəcək”.

SANA xəbər agentliyinin məlumatına görə, İsrailin hərbi helikopterlərinin hücumları nəticəsində ən azı iki nəfər yaralanıb. Suriya ordusunun üç dayaq məntəqəsinin atəşə tutulduğu bildirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən iyulun 27-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

Bakıda cərrah- ginekoloq koronavirusdan vəfat edib