Bakıda çay evində qan töküldü- 24 yaşlı oğlan ürəyindən bıçaqlandı

Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü. Hacıbəyov küçəsi 9-da yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu Biləcəri qəsəbəsində yerləşən “Çardaq” çay evində tanımadığı şəxslə mübahisə edib.

Həmin şəxs R. Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ klubu Messi üçün 700 milyon avro təklif edib

Sonrakı məqalə

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb