Bakıda Çexiya ilə Danimarka oyununda LQBT bayrağını qaldırmağa cəhd ediblər –

FOTO
03 İyul 2021 - 21:34

AVRO-2020 çərçivəsində Bakıda keçirilən Danimarka-Çexiya oyunu zamanı danimarkalı azarkeşlər cinsi azlıqlara məxsus LQBT bayrağını qaldırmağa cəhd ediblər.

Azpost.info bildirir ki, bu barədə haqqın.az məlumat verib.

Mühafizəçilər dərhal bunun qarşısını alıb. UEFA öz sponsorlarından xahiş edib ki, AVRO-2020-nin Bakıda və Sankt-Peterburqda keçirilən oyunlar zamanı göy qurşağı bannerlərindən istifadə olunmasın. Azərbaycanda və Rusiyada homoseksuallığın təbliği qanuna zidd sayılır.