Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunun Laçında təlimləri başlayıb

Sonrakı məqalə

XİN nazir müavini Beynəlxalq Məhkəmədə çıxışında İrəvanı ittiham edib