Bakıda “Dodge” maşını dayanacağa çırpılıb, xəsarət alanlar var

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Hadisə Tbilisi prospektində baş verib.

“Dodge” markalı maşının sürücüsü eyni istiqamətdə olan “KIA” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Dodge” markalı avtomobil aşaraq avtobus dayanacağına çırpılıb.

Nəticədə avtomobillərdə olan iki sərnişin xəsarət alıb.

Avtoqəza zamanı hər iki maşına ciddi ziyan dəyib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araçdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.