Bakıda hündürmərtəbəli binada yanğın olub, 12 nəfər təxliyə edilib

05 Dekabr 2020 - 20:14

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.