Bakıda “Hyundai” “KamAZ”la toqquşub –5 nəfər xəsarət alıb /FOTO

Bakı Dairəvi yolunda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.

Hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan Əliyev Valeh Tarif oğlu idarə etdiyi “Hyundai”la qarşı tərəfdən gələn İmdad Yusifovun idarə etdiyi qoşqulu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşının sürücüsü V.Əliyev ağır bədən xəsarətləri alıb. Bundan əlavə onun avtomobilində olan 1 uşaq olmaqla 4 sərnişin xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Bakı Dairəvi yolunun köməkçi şosesində qəza ilə əlaqədar olaraq hərəkət dayandırılıb.

Dairəvi yolda baş verən qəzada 1967-ci il təvəllüdlü Əliyeva Svetlana Həsən qızı, 1978-ci il təvəllüdlü Əsgərova Pərvanə Rəhbər qızı, 1955-ci il təvəllüdlü Həsənova Mahizər Həsən qızı və onun 6 yaşlı nəvəsi Leyla Həsənova müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 6 yaşlı Leyla Həsənovanın və sürücü V.Əliyevin vəziyyəti ağırdır. (APA)

Əvvəlki məqalə

Xirosimada G7 sammiti başlayıb

Sonrakı məqalə

Daş karxanasında fəhlələr dalaşıb, bir fəhlə bıçaqlanıb