Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda İƏT Beynəlxalq Münasibətlər Akademiyası layihəsi davam edir

User 17 Noyabr 2025 - 10:56 (Last updated: 17 Noyabr 2025 - 10:56)
WhatsApp Image 2025-11-17 at 10.48.39 (1)

Bu ilin oktyabr ayından Azərbaycan Gənclər və İdman nazirliyi, İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinə start verilib. 

Layihə çərçivəsində bu günə qədər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “44 Günlük Vətən Müharibəsinin nəticələri kontekstində Cənubi Qafqazın təhlükəsizlik sistemi”, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova “Beynəlxalq təşkilatların və tədbirlərin qlobal tanınmada və maraqların qorunmasında əhəmiyyəti“, Azərbaycan İlahiyyat Universitetitinin rektoru Aqil Şirinov “İslam sivilizasiyası dünyaya nə verdi?”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli “Elm, texnoloji tərəqqi və dövlət suverenliyi“, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov “Beynəlxalq münasibətlərdə pərdəarxası müəyyənedici amillər“, Azərbaycan Respublikasının ilk baş naziri, fövqəladə və səlahiyyətli səfir, t.e.d. Həsən Həsənov “Beynəlxalq münasibətlərdə şəxsi əlaqələr, kommunikasiyanın əhəmiyyəti və təcrübəyə əsaslanan addımlar”, eləcə də Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Müsəlman dünyasınıda Türkiyənin rolu: çağırışlar və imkanlar”, Qırğızıstan səfiri Maksat Mamıtkanov  “Beynəxalq təşkilatların beynəlxalq münasibətlərdə rolu, Qırğızıstan Azərbaycan münasibətləri”, Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani “Fələstin məsələsində beynəlxalq həmrəyliyin rolu” mövzuları üzrə tələbələr qarşısında çıxış ediblər, onları maraqlandıran suallara cavab veriblər.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış edəcəklər.

Bu ilin dekabr ayının əvvəli Bakı şəhərində azərbaycanlı tələbələrin iştirakı ilə İƏT xarici işlər nazirlərinin konfransının simulyasiyası planlaşdırılır.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv olan 40-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

 

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
Next: Lənkəranda yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Oxşar xəbərlər

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.