Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub”, məlumatda deyilir.
“Səid balamız atasına təhvil verildi. Əməyi olan hər kəsə, xüsusilə YPX əməkdaşlarına təşəkkür edirik. Onlar uşağı yolda qoymadılar”.