Bakıda məktəbdə nöqsan aşkarlanıb, direktora töhmət verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.

Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.

Xatırladaq ki, bir müddət əvvəl 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi iddiası ilə bağlı səs yazıları yayılmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.