Bakıda “Prius” mopedlə toqquşdu, 20 yaşlı oğlan öldü

Bakıda qəzaya düşən mopedin sərnişini ölüb.

Mayın 20-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində 1984-cü il təvəllüdlü Kamil Şıxıcanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 2003-cü il təvəllüdlü Elnur Məmmədzadənin idarə etdiyi moped toqquşub.

Nəticədə Elnur Məmmədzadə və mopeddə sərnişin olan 2003-cü il təvəllüdlü Cavid İsgəndərli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Cavid İsgəndərli ölüb.

Əvvəlki məqalə

Ukraynadan Rusiyaya daxil olmuş hərbi dəstələrə qarşı xüsusi əməliyyat davam edir

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri