Bakıda qəza zamanı avtomobil yanıb, 2 nəfər ölüb –FOTO

Bakının Xəzər rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Qəza Binə qəsəbəsində baş verib.

“Chevrolet”, “Lifan” və “Ford” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Lifan” markalı avtomobil yanıb. İlkin məlumata görə, yanan minik avtomobilində olan 2 nəfər yanaraq ölüb. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. (APA)

Fakt araşdırılır.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Sonrakı məqalə

Ərdoğan “seçilməsəniz nə edəcəksiniz?” sualına cavab verdi