Bakıda qeyri-yaşayış sahələri 20 %-ə qədər bahalaşıb

Pullar
Pullar

Bu ilin iyun ayında Bakının bütün rayonlarında qeyri-yaşayış sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən kəskin bahalaşma paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bu rayonda 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti 20 % artaraq 5 525 manat olub.

Bundan başqa, orta qiymət Bakının Yasamal rayonunda 19 % artaraq 7 992 manat, Nəsimi rayonunda 19 % artaraq 5 056 manat, Səbail rayonunda 16 % artaraq 8 012 manat, Nizami rayonunda 14 % artaraq 4 042 manat, Sabunçu rayonunda 12 % artaraq 4 552 manat, Xətai rayonunda 11 % artaraq 6 002 manat, Xəzər rayonunda 11 % artaraq 2 223 manat Binəqədi rayonunda 10 % artaraq 3 512 manat, Suraxanı rayonunda 8 % artaraq 3 002 manat, Qaradağ rayonunda 6,5 % artaraq 2 002 manat olub, Pirallahı rayonunda isə 5 % artaraq 1 980 manat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.