Bakının Xəzər rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Qəza Binə qəsəbəsində baş verib.
“Chevrolet”, “Lifan” və “Ford” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Lifan” markalı avtomobil yanıb. İlkin məlumata görə, yanan minik avtomobilində olan 2 nəfər yanaraq ölüb. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. (APA)
Fakt araşdırılır.