Bakıda “Range Rover” 3 maşına çırpılıb, xəsarət alan var

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Hadisəyə yüksək sürət səbəb olub.

Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü Qara Qarayev prospektində yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib.

İdaretmədən çıxan “Range Rover” eyni istiqamətdəki “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən “Changan” da “Hyundai”a çırpılıb. Qəza zamanı “KIA” markalı avtomobilə də ziyan dəyib.

Hadisə zamanı “Changan”da olan sərnişin xəsarət alıb. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. (APA)

Əvvəlki məqalə

“Sülh sazişi ilə bundan sonra da dərindən məşğul olacağıq” –

Sonrakı məqalə

Zelenski İtaliyaya gedir, Roma Papası ilə görüşəcək