Bakıda “Son zəng” üçün pul yığılır?- ARAŞDIRMA BAŞLADI

Son zəng
Son zəng

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

AzPost xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, “Son zəng” tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

“Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.