Bakıda xəstəxanada ölən şəxsin cibindən pul oğurlanıb

Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.

Qohumların iddiası ilə bağlı xəstəxanadan APA-nın sualına cavab vermək istəməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur?

Sonrakı məqalə

“İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur”