Bakıda Xalq artisti Tofiq Quliyevin abidəsi qoyulur – FOTO

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır.

APA xəbər verir ki ərazidə işçilər son quraşdırma işlərini həyata keçirir. Yaxın günlərdə abidənin ucaldılacağı gözlənilir.

Qeyd edək ki, abidə köhnə “Bakı” Mehmanxanasının yerində salınmış parkda ucaldılacaq.

Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.