Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bakıda yumurta qıtlığı gözlənilir?

Orkhan Ali 20 Yanvar 2025 - 15:06 (Last updated: 21 May 2025 - 20:15)
yumurta qıtlığı

yumurta qıtlığı

“Ölkədə yumurta qıtlığı gözlənilmir”. AzPost bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli mətbuatda yumurta qıtlığı ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
Sədr ölkədə kifayət qədər istehsalın olduğunu açıqlayıb:
“Gündəlik təlabatımız 4 milyon ədədə yaxındır, yumurta istehsalımız isə 5 milyon 500 yüz minin üzərində dayanır. Hər gün xaricə bir, yaxud da iki maşın ixracımız var. Yumurta artıqlığı o qədərdir ki, kifayət qədər də ixrac var”.
Sədr yumurtanın ucuzlaşmasının səbəbinə də aydınlıq gətirib:
“İstehsal çoxaldı, təlabat azaldı. Təlabat azalan kimi təklif çoxaldı və qiymətlər endi. Bütün fabriklər rəqabətli şəkildə qiymətləri aşağı endirdilər. Bu gün üçün ölkədə bir ədəd yumurtanın maya dəyəri 13-14 qəpik civarındadır. Bunun satışı isə 16-17 qəpik arasındadır. Ona görə də Azərbaycanda düşünmürəm ki, gələcəkdə yumurtanın qiyməti qalxsın. Ona görə ki, fabriklərdə yumurta və yaxud da ana toyuqlar kifayət qədərdir”.
Mürvət Həsənli qeyd edib ki, qiymətin maya dəyərindən aşağı olması fabriklərin böyük zərərə gətirib çıxardar:
“Düşünürük ki, gələcəkdə fabriklərin ayaqüstə qala bilməsi üçün ən azı yumurta maya dəyəri civarında satılmalıdır”.
Qeyd edək ki, mətbuatda iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşandığı ilə bağlı məlumat yayılıb.

Post navigation

Previous: “Saxlanılan gəmilərimizlə bağlı danışıqlar aparılır”
Next: 35 ildir ayağında qəlpə gəzdirən faciə şahidindən dəhşətli etiraf

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.