Baltik dənizi üzərində Rusiyanın 3 kəşfiyyat təyyarəsi ələ keçirilib- FOTO

Almaniya və Böyük Britaniya qırıcıları Baltik dənizi üzərində Rusiyanın üç kəşfiyyat təyyarəsini ələ keçirib.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Eurofighter” qırıcıları 2 Su-27 və 1 İl-20 təyyarəsini ələ keçirib”, – məlumatda deyilir.

Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litvanın öz döyüş təyyarələri yoxdur, ona görə də 2004-cü ildən NATO qüvvələri onların hava məkanının təhlükəsizliyini təmin edir. Bu məqsədlə alyans müttəfiqləri növbə ilə öz təyyarələrini və şəxsi heyətini Baltikyanı ölkələrə yerləşdirirlər.

Aprelin əvvəlində – səkkiz aylıq müddətdən sonra Bundesver Baltik dənizi üzərində NATO-nun hava təhlükəsizliyi missiyasını Böyük Britaniyaya təhvil verdi. Aprelin sonuna qədər Almaniya Böyük Britaniyaya dəstəyini davam etdirəcək, mayın əvvəlində isə alman təyyarələrinin Almaniyaya qaytarılmasına başlanacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.