Baltikyanı ölkələr rus diplomatlarına nota təqdim edib –Ölkədən çıxarılırlar

Latviya, Litva və Estoniya bir qrup rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Azpost.info xəbər verir ki, bunlar Rusiya səfirliklərinin əməkdaşlarıdır. Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib ki, qərar diplomatik statusa zidd fəaliyyətlə və Rusiyanın Ukraynada davam edən xüsusi əməliyyatı ilə əlaqədar qəbul edilib: “Rusiya səfirliyinin 3 əməkdaşının Latviyadan çıxarılması ilə bağlı qərar qəbul etdim. Qərar Rusiyanın Ukraynaya təcavüzü və onların fəaliyyətinin diplomatik statusla bir araya sığmaması ilə əlaqədar qəbul edilib”.

Estoniya hökuməti də üç diplomatı göndərəcəyini bildirib: “Martın 18-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadakı səfirini çağırıb və diplomatik statusa malik olan Rusiya səfirliyinin üç əməkdaşının “persona non qrata” elan edildiyini bildirən diplomatik nota təqdim edib”.

Siyasi məsələlər üzrə vitse-kansler Rein Tammsaar vurğulayıb ki, bu şəxslərin Estoniyadakı fəaliyyəti Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Ona görə də onlar 72 saat ərzində Estoniyanı tərk etməlidirlər.

Litva isə Rusiya diplomatik departamentinin dörd əməkdaşını ölkədən çıxaracağını bəyan edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilib

Sonrakı məqalə

“Xankəndi üçün heç bir statusdan söhbət gedə bilməz” –