Baltikyanı ölkələr sabah Londonda keçiriləcək Böyük Avropa sammitinə dəvət olunmayıb.
AzPost bildirir ki, bu barədə Sky News məlumat yayıb.
Onlar bundan qəzəbləniblər.
Nəşrin Avropa diplomatik dairələrindəki mənbəyə istinadən yazdığı kimi, Latviya, Litva və Estoniya Ukrayna ilə bağlı sabahkı sammitə daxil edilməyib. Bildirilir ki, bu vəziyyət “Moskva tərəfindən maraqla izlənəcək”.
Baş nazir Starmer Baltik ölkələrinin liderləri ilə telefon danışığı planlaşdırır, lakin bu, məqbul sayılmır.
Xatırladaq ki, martın 2-də Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə Londonda böyük Avropa sammiti keçiriləcək.
Starmer və Fransa prezidenti Emmanuel Makron müvafiq olaraq 27 və 24 fevralda Trampla apardıqları danışıqların nəticələri barədə həmkarlarına məlumat verəcəklər.
Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Hollandiya, Danimarka, Norveç, İsveç, Finlandiya, Rumıniya və Türkiyə liderlərinin bazar günü Londona gələcəyi gözlənilir.
İclasda həmçinin NATO-nun baş katibi, Avropa Komissiyasının sədri və Avropa Şurasının sədri iştirak edəcək.