Bank hesabında 1 milyon dollardan xəbərsiz olan “bomj” vəfat edib

06 İyun 2021 - 11:52

ABŞ-ın Oreqon ştatında evsizlər üçün sığınacqda Keti Bun adlı qadın vəfat edib. O, psixi və narkotiklə bağlı problemlərdən əziyyət çəkib. Sığınacağa düşənə qədər Ket uzun illər müxtəlif adlarla Astoriya şəhərinin küçələrində sərgərdan gəzib. 

Azpost.info bildirir ki, onun ölümü ilə bağlı sənədləri hazırlayarkən məlum olub ki, Keti bir neçə ildir ki, axtarışdadır. Məlum olub ki, bankların birində onun adına hesab açılıb və bu hesaba 884 min 407 dollar pul qoyulub. Bu böyük məbləğ Ketin 2016-cı ildə vəfat etmiş anası qızı üçün miras kimi qoyub.

Amma uzun illərdir ki, evdən getmiş və qohumları ilə heç bir əlaqə saxlamayan Ket bu puldan xəbərsiz olub. Ket hətta anasının öldüyünü də bilməyib.

Keti axtarmaq cəhdləri faydasız olub. Onunla bağlı qəzetlərdə elan verilsə də, özəl dedetktiv tutlsa da axtarış nəticəsiz qalıb.

İndi bu pullara Ketin onları atıb getmiş atası da iddia edə bilər. Atası 20 il əvvəl Ketin anasından ayrılıb.