Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb- DİN

Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərəsində bank kartı və sənədi olan pulqabını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.