“Yararsız pullara görə özəl banklar məsuliyyət daşıyır”-MƏRKƏZİ BANK

“Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb. Bildiririk ki, bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır”.

Azpost.info bildirir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Mərkəzi Bank bəyan edib ki, tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir.

Bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir