“Barselona” Raşfordu bu şərtlə transfer edəcək

“Barselona”nın “Mançester Yunayted”in hücumçusu Markus Raşfordu hansı halda transfer edəcəyi bəlli olub.

İnformasiyanı “Sport.es” yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi Raşfordu yalnız MY-də aldığından iki dəfə az maaşa oynamağa razılaşacağı təqdirdə, sıralarına cəlb edəcək.

Xatırladaq ki, daha öncə Mançester klubunun sözügedən futbolçunu bu qış satmağı planlaşdırdığı müəyyənləşib. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Raşfordun adını son 3 oyunun iştirak ərizəsinə salmayıb. (Unikal)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.