“Barselona”nın prezidenti yeni baş məşqçinin adını açıqlayıb –FOTO

Niderland millisinin baş məşqçisi Ronald Kuman “Barselona”nın sükanı arxasına gətirilib.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Bartomeu “Barsa TV”yə açıqlamasında məlumat verib.

Klub rəhbəri bildirib ki, bir müddət əvvəl istefaya göndərilən Kike Setyenin əvəzinə baş məşqçi postuna 57 yaşlı Kuman təyin olunub. Prezident eyni zamanda kapitan Lionel Messinin də komandada qalacağını söyləyib.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən Kike Setyeni istefaya göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır” –

Sonrakı məqalə

Kürdəmirin icra başçısı və daha bir neçə nəfər saxlanılıb