Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Baş həkim olmaq arzusu ona baha başa gəldi…

Orkhan Ali 15 May 2025 - 14:23 (Last updated: 21 May 2025 - 20:38)
Novruz Əlimirzəyev

Novruz Əlimirzəyev

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi Novruz Əlimirzəyevin baş həkim olmaq ümidi ilə verdiyi 250 min manat dələduzluq yolu ilə ələ keçirilib. AzPost  “Qafqazinfo”ya istinadla məlumatına görə, həkimin pulunu ələ keçirən şəxslər cinayət məsuliyyətinə cəlb edilib, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Zaur Zahidov tanışları Namiq Bayramov, Orxan Həsənov, Heydər İlyasov və Rufan Qasımovla əlbir olaraq Novruz Əlimirzəyevdən külli miqdarda pul alıblar.

Novruz həkim tanışı vasitəsilə sözügedən şəxslərlə əlaqə yaradıb, Qəbələ Regional Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi üçün kömək istəyib. Bu fürsətdən istifadə edən dəstə üzvləri isə ona guya Səhiyyə Nazirliyindəki yüksəkvəzifəli tanışları vasitəsilə bu işin mümkün olduğunu deyərək əvvəlcə 100 000 ABŞ dolları (170 000 manat), daha sonra isə 80 000 manat pul alıblar.

Dəstə üzvləri həkimin inamını möhkəmləndirmək üçün saxta sənəd də hazırlayıblar. Sənəddə guya TƏBİB tərəfindən onun Qəbələ Regional Xəstəxanasına baş həkim təyin olunduğu göstərilib. Hətta sənədə QR kod da əlavə edilərək real olduğuna inandırılıb. Saxta sənəd Rufan Qasımov tərəfindən həkimə verilib. Bu vaxt da N.Əlimirzəyev əlavə 30 000 manat verib.

Ümumilikdə isə Novruz Əlimirzəyevin 250 000 manat pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, həmin vəsait şəxsi ehtiyaclara xərclənib.

Təqsirləndirilən şəxslər başqa bir dələduzluq cinayətinə Cavid Əliyevi də cəlb ediblər. Cavid ittihama münasibətdə özünü təqsirli bilməyib. Onun vəkili Sənan Hüseynov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Sonradan həkimin pulunun bir qismi geri qaytarılıb. Ziyan tam ödənilmədiyindən barışıq əldə edilməyib.

Bu gün hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, müttəhimlər hər biri verilmiş ittihamlara münasibətdə təqsirli bilinib- Zaur Zahidov 9 il, Rufan Qasımov 8 il 6 ay, Orxan Həsənov 7 il, Namiq Bayramov 5 il azadlıqdan məhrum edilib. Cavid Əliyevə sınaq müddəti seçilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

AzPost.az

Post navigation

Previous: Bu şəxslərə ŞAD XƏBƏR – Maaşları 100 MANAT ARTACAQ
Next: Ərdoğan Zelenski görüşü başladı

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.