Baş katib Asəf Hacıyev Ermənistana getmədi

Dekabrın 11-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının 64-cü plenar iclası işə başlayıb.

Azpost.info bildirir ki, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev İrəvana gəlməyib.

İclasda Ermənistan, Yunanıstan, Rumıniya, Ukrayna, Serbiya və Şimali Makedoniyadan olan parlament nümayəndə heyətləri, eləcə də müxtəlif ölkələrdən olan müşahidəçilər, QDİƏT-in xüsusi nümayəndələri və qonaqları iştirak ediblər.

Assambleyanın baş katibi Asəf Hacıyev toplantıya distant rejimdə qatılıb.

Həmçinin Türkiyə, Albaniya və Bolqarıstan nümayəndə heyətlərinin nümayəndələri də iclasda distant rejimdə iştirak ediblər.

Azərbaycan parlamentinin qurumdakı nümayəndə heyəti də toplantıya qatılmayıb.

Qeyd edək ki, QDİƏT Parlament Məclisinin ötən ilin noyabrında keçirilmiş iclasında Asəf Hacıyev yenidən qurumun Baş katibi vəzifəsinə seçilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.