Tramp koronavirusdan itirdiyi dostlarından danışdı

ABŞ prezidenti Donald Tramp tanıdığı beş şəxsin koronavirusdan öldüyünü etiraf edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Mən beş insan itirdim, hansıları ki, tanıyırdım. Onlardan ikisi mənim çox yaxşı dostlarım idi… Onlar yaşlı idilər, deyə bilmirəm, onların çox gözəl sağlamlığı vardı. Deyə bilmirəm ki, onlarda mükəmməl çəki var idi. Qeyri-mükəmməl… Amma onlar öldülər. Bu, dəhşətdir”, – ABŞ rəhbəri Pensilvaniya ştatında “Owens & Minor Inc.” şirkətinin tibbi məhsulunun çeşidləmə mərkəzi əməkdaşlarının qarşısında çıxış edərkən deyib.

ABŞ rəhbəri növbəti dəfə koronavirusu adi qriplə müqayisə edib. Onun sözlərinə görə, qrip virusuna yoluxan insanlar iki-üç gün sonra özlərinə gəlirlər. Donald Tramp deyib ki, koronavirusda vəziyyət fərqlidir.

“Siz iki-üç gün sonra onlara zəng edirsiniz: vəziyyətləri necədir? Cənab, onlar komadadır. Onlar komada?” – Tramp əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokuror 5 rayonun prokurorunu işdən azad etdi –

Sonrakı məqalə

Rusiyada koronavirusdan ölüm hallarının yarıdan çoxu Moskvada qeydə alınıb