Baş prokuror Tovuzda vətəndaşlarla görüşəcək- Bu tarixdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev iyulun 24-də, saat 10:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayon sakinləri ilə görüşəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Əvvəlki məqalə

Aİ Ukrayna ordusu üçün xüsusi fond yaradır

Sonrakı məqalə

Ukrayna “taxıl sazişi” üçün yeni marşrut təklif edib