Baş Prokurorluqdan Kürdəmirdə doğuş zamanı ölən 16 yaşlı qızla bağlı açıqlama

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təhqiqat aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.