Bayden Ərdoğanı təbrik edib

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Co Bayden Ərdoğanı yenidən prezident seçilməsi ilə əlaqədar təbrik edib.

Ərdoğan və Bayden yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər(apa).

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyi Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Sonrakı məqalə

Şolts Ərdoğanı Almaniyaya dəvət edib