Bayden Ərdoğanla F-16-ları və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

ABŞ prezidenti Co Bayden Rəcəb Tayyib Ərdoğanla Ankaranın F-16-ların mümkün alqı-satqısı məsələsini müzakirə edib.

Azpost.info “Reuters”ə istinadən bildirir ki, dövlət başçıları İsveçin NATO-ya üzvlük mövzusuna da toxunublar.

Bayden bu məsələləri  prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə edib.

“Mən Ərdoğanla danışdım, təbrik etdim. O, F-16-larla bağlı məsələnin üzərində işləmək istəyir. Mən ona dedim ki, İsveçlə məşğul olmaq istəyirik”, – Bayden Delaverdəki evindən ayrılmazdan əvvəl jurnalistlərə deyib.

Amerika prezidenti əlavə edib ki, tərəflər bu məsələlərlə bağlı daha sonra əlaqə saxlayacaqlar. “Gələn həftə bu barədə daha danışacağıq”-deyə Bayden bildirib.

Prezident Ərdoğanın bu məsələ ilə bağlı açıqlaması qısa olub. Orada deyilir ki, prezidentlər ikitərəfli əlaqələrin bütün aspektləri üzrə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 20 milyard dollar dəyərində F-16 və 80-ə yaxın təkmilləşdirmə dəsti almağa çalışıb. Lakin Bayden administrasiyası dəfələrlə sazişi dəstəklədiyini bildirsə də ABŞ Konqresinin etirazları səbəbindən satış dayandırılıb.

Azpost.info

Əvvəlki məqalə

Səudiyyə klubu Messiyə 1,2 milyard avro təklif edib –

Sonrakı məqalə

“Dövlət işində çalışanların yaş həddi 65-dən 70-ə qaldırılsın” –