Bayden ABŞ-a qəbul edilən qaçqın sayını artırmaq barədə fərman imzalayıb

ABŞ Prezidenti Co Bayden gələn ilədək ölkəsinə qəbul edilən qaçqınların sayının 125 min nəfərə çatdırılması haqqında fərman imzalayıb.

Ağ ev rəhbərinin fərmanında Bayden cari maliyyə ilində Konqreslə müvafiq məsləhətləşmələrdən sonra qaçqınların qəbulunu artırmağı təklif edəcəyi bildirilir.

Qeyd edək ki, Prezident vəzifəsində olduğu müddətdə Trump ABŞ tərəfindən qəbul edilən qaçqın sayını 2017-ci ildə 50 min nəfərə, 2018-ci ildə 45 min nəfərə, 2019-cu ildə 30 min nəfərə, 2020-ci ildə isə 15 min nəfərə çatdıraraq, qaçqınların qəbulu proqramını tədricən azaldırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub

Sonrakı məqalə

“Rayonda arpa, buğda, yonca əkirəm, dolanmaq lazımdır” –