Bayden Anqolada sammit zamanı yatdı –VİDEO

ABŞ prezidenti Co Bayden Afrika liderləri ilə görüş zamanı yuxuya gedib.

Azpost.info “The Telegraph”a istinadən bildirir ki, 82 yaşlı ABŞ prezidenti Anqola prezidenti ilə Zambiya və Konqo Demokratik Respublikasından olan həmkarlarının iştirak etdiyi Anqola sammitində yorğun görünüb və boğuq səslə danışıb.

Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı Bayden gözlərini yumub və əli ilə üzünü örtərək yuxuya getmiş kimi görünür. Sonra o, sanki yenidən gözlərini yummadan oyanır. Bayden adətən tərcümə üçün istifadə edilən qulaqcıq taxsa da, həmin vaxt paneldəki hər kəs ingilis dilində danışırdı.

Hadisə Baydenin Anqolaya üç günlük səfərinin son günündə baş verib.

Bayden son bir il ərzində bir sıra beynəlxalq tədbirlərdə yuxuya getməkdə günahlandırılıb, dünya səhnəsində yaşına və boşboğazlığına görə tənqid edilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.