Bayden Azərbaycana qəzanın araşdırılması üçün yardım təklif edib

ABŞ prezidenti Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və baş verənlər barədə məlumatlandırılır.

Azpost “Turan”a istinadən bildirir ki, bu barədə Ağ Evdən verilən məlumatda deyilir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, “Bizim komandamız , diplomatlarımız və Milli Təhlükəsizlik Şurasının əməkdaşları vasitəsilə Azərbaycan hökumətinə aydın şəkildə bildirib ki, istintaqda yardıma ehtiyacı olduqda onlara kömək etməyə hazırıq”.

Kirbi həmçinin ABŞ-ın “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirdiyini də təsdiqləyib.

“Qazaxıstan və Azərbaycan birlikdə araşdırma aparırlar. Əgər ehtiyac olsa, istəsələr, biz bu araşdırmada öz köməyimizi təklif etmişik”, – Kirbi yekunlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.