Bayden BMT -də Orta Asiya ölkələrinin liderləri ilə görüşüb-FOTO

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan (C5+1 formatı) təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu barədə ABŞ lideri Co Baydenin Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz regional çağırışlarla mübarizədə və Mərkəzi Asiya dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunmasında təməl daşı hesab etdiyimiz təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətimizi bir daha təsdiqlədik. Mərkəzi Asiya və biz müdafiə, terrorla mübarizə məsələlərində əməkdaşlığa sadiq qalırıq. Məlumat mübadiləsinin artırılması, sərhəd təhlükəsizliyi, miqrasiya sahəsində əməkdaşlıq, Suriyanın şimal-şərqindən vətəndaşların repatriasiyasına dəstək, terrorizmə qarşı mübarizə və zorakılığa gətirib çıxaran radikallaşmanın qarşısının alınmasında əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq”, -deyə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan sənəddə deyilir.

Beş Mərkəzi Asiya ölkəsinin liderləri həmçinin Amerika özəl sektorunun nümayəndələri ilə ticarət üçün daha ​​əlverişli biznes mühitinin yaradılmasını və investisiyaların artırılmasını sürətləndirməyə hazır olduqlarını bildiriblər.

Bu məqsədlə davamlı olaraq “normal ticarət əlaqələrinin qurulmasına çalışmaq” niyyətində olduğunu vurğulayıblar.

Yeni əlaqələrin qurulması üçün biznes platforması yaradılacaq.

Əvvəlki məqalə

Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının iclasındakı Bəyanatı –

Sonrakı məqalə

Hərbçilərimiz Xankəndinin girişində qoyulmuş tank abidəsini söküblər