ABŞ prezidenti Co Bayden media maqnatı Rupert Merdoku dünyanın ən təhlükəli insanı adlandırıb.
Azpost.info xəbər verir ki, CNN bunu “New York Times” müxbirlərinin “This Will Not Pass: Trump, Biden and the Battle for America’s Future” kitabına istinadən yazıb.
May ayında işıq üzü görəcək kitabın müəlliflərinin fikrincə, Bayden 2021-ci ilin ortalarında adı açıqlanmayan köməkçisi ilə söhbətində Merdoku dünyanın ən təhlükəli adamı hesab etdiyini deyib. ABŞ lideri Rupert Merdokun oğlu Laklan Merdokun rəhbərlik etdiyi “Fox News” kanalını isə ABŞ-ın ən dağıdıcı qüvvələrindən biri adlandırıb.
CNN-in fikrincə, Baydenin bəyanatı geniş ictimai rezonansa səbəb ola bilər. Çünki ABŞ prezidenti əvvəllər heç vaxt “Fox News” və onun yaradıcısına ictimai qiymət verməmişdi. “Fox News” ABŞ-ın keçmiş prezidenti Donald Trampı hər iki seçki kampaniyası zamanı dəstəkləyən yeganə ümummilli ABŞ mediası hesab edilir.
Azpost.info