Bayden G7 liderləri ilə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

ABŞ prezidenti Co Bayden yaxın günlərdə G7 ölkələrinin liderləri ilə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək. Ağ Ev hazırda videokommunikasiyaların təşkili üzərində işləyir.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. O qeyd edib ki, ABŞ-ın səyləri müttəfiqlərin birliyini vurğulamağa davam etmək və bu birliyi gücləndirmək məqsədi daşıyır.

Psakidən ABŞ-ın mayın 9-u ərəfəsində Ukrayna və Avropaya dəstəyini ifadə etmək planları barədə son bəyanatının detalları soruşulub. O, bununla bağlı təfərrüatları açıqlayacaqlarını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Prezident BMT-nin Ərzaq Təşkilatının baş direktorunu qəbul edib

Sonrakı məqalə

Prezident İlham Əliyev mayın 14-də Türkiyəyə gedəcək